Rusiya 10 ildən sonra Tbilisidə viza mərkəzi açdı
Qeyd ediblər ki, Tbilisidə açılan Rusiya viza mərkəzinin əməkdaşlarına viza sənədlərilə bağlı bütün əməliyyatların yerinə yetirilməsi üçün rəsmi səlahiyyətlər verilib. Viza müraciətləri ilə bağlı məlumatlar işlənib hazırlandıqdan sonra Rusiya viza mərkəzi sənədləri Rusiyanın Gürcüstandakı maraqları bölməsinə ötürəcək. Bölmədən bildiriblər ki, viza mərkəzi yalnız xidməti funksiyaya malikdir, vizaların verilməsi və sənədlərin yoxlanılması diplomatların və müvafiq qurumların səlahiyyətinə aiddir.
Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən sonra Tbilisi Moskva ilə diplomatik münasibətlərini rəsmən kəsərək, yalnız konsulluq əlaqələrini saxlayıb. 2009-cu ildən isə İsveçrənin Tbilisidəki səfirliyində Rusiyanın Gürcüstandakı maraqları bölməsi, müvafiq olaraq İsveçrənin Moskvadakı səfirliyində isə Gürcüstanın Rusiyadakı maraqları bölməsi fəaliyyət göstərir.
Leyla Elbrusqızı
AzVision.az