Dünyanın ən yüksək maaş alan aktrisaları - FOTOLAR
S.Yohansson üçün əsas gəlir mənbəyi “Qisasçılar” silsiləsindən olan “Qara dul qadın” filmində oynadığı rus casusu rolu olub. Jurnalın versiyasına görə, bu rol onun gəlirini 4 dəfə artırıb.
Siyahıda ikinci yeri “Malefisenta 2” ekran əsəri sayəsində 28 milyon dollar qazanmış Ancelina Coli tutub. “Dostlar” teleserialının ulduzu Cennifer Eniston ötən illə müqayisədə bir pillə geriləyərək 19,5 milyon dollar gəlirlə üçüncü yerdə qərarlaşıb. Beşliyi isə Cennifer Lourens və Riz Uizerspun tamamlayır.
Kənan Məmmədov
AzVision.az