Bakıda qəza - VİDEO

Bakıda qəza - VİDEO
  20 Oktyabr 2013    Oxunub:1237
Jurnalist Elnur Baimovun avtomobili qəzaya uğrayıb.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, hadisə bu gün Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində baş verib. “Lexus” markalı avtomobil işıqforun yaşıl işığında Vaqif küçəsi ilə hərəkətə başlayır. Bu vaxt Azadlıq prospektində işıqforun qırmızı işığına məhəl qoymayan “İnfiniti” markalı avtomobil “Lexus”a yüksək təzyiqlə çırpılır.

Qeyd edək ki, “Lexus” jurnalist Elnur Baimova məxsusdur. Elnur Baimov bildirib ki, hadisə baş verən vaxt maşını sürücüsü idarə edirmiş və özü orada olmayıb. Hadisəni arxadan gələn maşınlardan birinin videoregistratoru qeydə alıb.

Qəzanın görüntülərini təqdim edirik:





Teqlər:





Xəbər lenti