TƏCİLİ- Sumqayıtda yanğın digər obyektlərə keçib

TƏCİLİ- Sumqayıtda yanğın digər obyektlərə keçib
  20 Oktyabr 2013    Oxunub:1287
Sumqayıtda baş verən yanğınla əlaqədar AzVision.az saytının əməkdaşı Emin Piri hal-hazırda hadisə yerindədir.
Hadisə yerində olan əməkdaşımızın sözlərinə görə yanğını hələ də söndürmək mümkün olmayıb. “Karvan “ ticarət mərkəzində başlayan yanğın digər obyektlərə də keçib. Hal-hazırda digər ticarət mərkəzi “Səfərli” də yanmağa başlayıb. Bütövlükdə bütün bazarı və ticarər obyektləri yanğının təsirindən alovlanmağa başlayıb.

Minlərlə şəhər sakini öz mülklərinə və orada işləyən qohumlarına görə hadisə yerinə gəlib.Mühafizə orqanları isə yanğın ətrafını dövriyyəyə alıb, insanları təhlükəsizlik baxımdan oraya buraxmır. Həmin istiqamətdə hərəkət edən bəzi yollar bağlanıb. Yaxınlıqdakı ərazilər tüstüyə qərb olub və Sumqayıt şəhərinin ən ucqar yerində belə yanğın iyindən durmaq mümkün deyil.
Qısa qapanmadan ehtimal olunan yanğını söndürmək üçün Bakıdan yardım göndərilib.

Yanğınla əlaqədar digər isti məlumatları göndərməkdə davam edəcəyik.

***
22:00

AzVision.az saytının əməkdaşı Emin Piri hadisə yerindən xəbər verir ki, yanğınsöndürənlərə kömək gəlməsinə baxmayaraq, yanğın daha da yayılıb. Artıq bütün ərazini əhatə edən yanğını söndürmək mümkün olmur. Hazırda yanğın bazar ərazisinə keçib.


Teqlər:  





Xəbər lenti