Moskvada azərbaycanlı qətli - YENİLƏNİB

Moskvada azərbaycanlı qətli - YENİLƏNİB
  16 Oktyabr 2013    Oxunub:1142
Rusiya paytaxtında Azərbaycan vətəndaşı qətlə yetirildi.
27 yaşlı Ruslan Qaraxanlının əvvəlcə küt alətlə döyüldüyü, daha sonra isə kəsici-deşici alətlə qətlə yetirildiyi bildirilir.

Rusiya paytaxtında Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib. AzVision.az APA- ya istinadən xəbər verir ki, Moskva Baş Polis İdarəsindən bildirilib ki, bu gün günorta saatlarında paytaxtın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında yerləşən dayanacaqda üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Ruslan Arif oğlu Qaraxanlıdır. Onun küt alətlə döyüldüyü, daha sonra isə kəsici alətlə bədəninin müxtəlif yerlərinə zərbələr endirilməklə qətlə yetirildiyi bildirilib.

***

AzVision.az APA- ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında paytaxtın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı Ruslan Qaraxaylıdır. Mərhuma ondan çox bıçaq zərbəsi endirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti