Türkiyədə minlərlə dövlət qulluqçusu işdən çıxarıldı

Türkiyədə minlərlə dövlət qulluqçusu işdən çıxarıldı
  08 İyul 2018    Oxunub:12369
Türkiyədə 18632 dövlət qulluqçusu işdən azad edilib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı qərar 2016-ci ilin iyul ayında tətbiq olunmuş fövqəladə vəziyyət əsasında qəbul edilib.
Rəsmi məlumata əsasən, Türkiyə Silahlı Qüvvələrindən 6152 nəfər, polis orqanlarından 8998 nəfər, Jandarma Qüvvələrindən 649 nəfər, Ədliyyə Nazirliyindən 1051 nəfər, Təhsil Nazirliyindən 658 nəfər, dini işlər üzrə idarədən 240 nəfər, Xarici İşlər Nazirliyindən 38 nəfər, dövlət universitetlərindən isə 199 nəfər işdən çıxarılıb.

Bundan başqa, Türkiyədə 12 ictimai təşkilat, üç qəzet və bir telekanal fəaliyyətini dayandırıb.

AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti