“Hörümçək adam”ın yaradıcısı vəfat edib

“Hörümçək adam”ın yaradıcısı vəfat edib
  07 İyul 2018    Oxunub:3330
Amerikalı rəssam və yazıçı Stiv Ditko 90 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, iki gün əvvəl öldüyü bildirilən S.Ditkonun cəsədi Nyu-Yorkdakı evində tapılıb.

“Marvel Comics” şirkəti üçün personajlar, həmçinin "Hörümçək adam" və Doktor Strenci yaradan rəssamın ölüm səbəbi hələlik bəlli deyil.

Qeyd edək ki, Stiv Ditko "Hörümçək adamı" məşhur komikslər müəllifi Sten Li ilə birlikdə 1961-ci ildə yaradıb. O, həmçinin doktor Osminoq, Qum adam, Kələz və Yaşıl Qoblinin yaradılmasına kömək edib. Stiv Ditko Doktor Strenci 1963-cü ildə yaradıb. “Marvel Comics” şirkətini tərk edən rəssam 1979-cu ildə oraya qayıdıb. Son işlərindən biri 1992-ci ildə yaratdığı “Squirrel Girl” olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: StivDitko  





Xəbər lenti