Ruslarla azərbaycanlılar arasında dava düşdü

  15 Oktyabr 2013    Oxunub : 451
Ruslarla azərbaycanlılar arasında dava düşdü
Futbol üzrə dünya çempionatının seçmə oyunları çərçivəsində bu gün axşam Bakıda keçiriləcək Azərbaycan-Rusiya matçı ətrafında yaranan gərginlik öz "çatını" verib.
Belə ki, oyunun başlanmasına bir neçə saat qalmış hər iki ölkədən olan futbol azarkeşləri arasında dava düşüb. Azvison.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, əllərindəki bayraq və sivmollardan Rusiya yığmasının azarkeşləri olduğu dərhal sezilən bir qrup gənc sərxoş vəziyyətdə Bakı küçələri ilə kolon halında gəzərək bərkdən qışqırıb və Rusiya yığmasının lehinə şüarlar səsləndirib. Bu isə bakılıların əsla xoşuna gəlməyib. Yerli sakinlər özlərini idarə edə bilməyən azaarkeşləri sakitliyə dəvət ediblər. Mübahisə kütləvi davaya çevrilib.

Amma insidentin böyüməsinin qarşısını almaq da mümkün olub. Bununla belə, kefli rusiyalı azarkeşlər sonradan iddia ediblər ki, "onlarla dava edən azərbaycanlıların əlində çoxlu bıçaqlar vardı". Bu absurd iddianı da rusların sərxoşluğu ilə izah etmək olar. Çünki onların qudurğanlığı yoldan keçən bakılıların diqqətini təsadüfən cəlb etmişdisə, "çoxlu bıçaqlı adamlar" olay yerində bir anın içində peyda ola bilməzdi.

Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyi bir neçə saat öncə açıqlama yayaraq azarkeşləri sakitliyə çağırıb. Görünür, DİN-in bu narahatlığı əbəs deyilmiş. Qeyd edək ki, Rusiya paytaxtındakı "Pokrovka" bazarında bir azərbaycanlının 25 yaşlı rus gəncini öldürməsindən sonra rus-azərbaycanlı münasibətlərində böhranlı vəziyyət yaranıb. Azərbaycan-Rusiya oyununun bu kritik günlərə təsadüf etməsi ilə vəziyyətə bir qədər də gərgin çaları verir.

Teqlər: