2 mindən artıq aztəminatlı ailəyə bayram sovqatı

2 mindən artıq aztəminatlı ailəyə bayram sovqatı
  15 Oktyabr 2013    Oxunub:1090
Şəkidə Qurban bayramı münasibəti ilə xeyriyyə tədbirləri təşkil olunub.
Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramı Şəkidə də xalqımızın ən əziz bayramlarından biri kimi böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur.

AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, bayram münasibətilə Şəkidə bir sıra xeyriyyə tədbirləri keçirilir. İndiyədək rayonda 2 mindən artıq aztəminatlı ailəyə, o cümlədən şəhid və məcburi köçkün ailələrinə, əlil və kimsəsizlərə, ahıl və tənha vətəndaşlara bayram sovqatı - qurban əti paylanıb. Müqəddəs bayram münasibətilə keçirilən mərasimlərdə şəhidlərimizin xatirəsi yad edilir, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur.

Sovqat almış insanlar onlara göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildirdi, xalqımıza sevinc dolu günlər arzuladı.


Teqlər:





Xəbər lenti