Ərdoğan yeni komandasını elan edəcək - 5 gündən sonra

Ərdoğan yeni komandasını elan edəcək - 5 gündən sonra
  04 İyul 2018    Oxunub:4348
24 iyun seçkilərində növbəti dəfə Türkiyənin prezidenti seçilmiş Rəcəb Tayyip Ərdoğanın 9 iyul, saat 16:00-da Türkiyə Böyük Millət Məclisində (parlament) andiçmə mərasimi keçiriləcək.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın türk xalqı və parlamentariləri qarşısında and içərək rəsmən vəzifəsinin icrasına başlamaqla Türkiyə rəsmən prezident üsul-idarəsinə keçəcək. Andiçmə mərasiminin ardından isə Ərdoğan yeni hökumətin tərkibini açıqlayacaq. Ehtimal olunur ki, Nazirlər Kabinetinin yeni tərkibində sürpriz adlar ola bilər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal bəyan etmişdi ki, yeni hökumətin tərkibi biznes sahəsi, mədəniyyət və idman dünyasındakı, ölkə xaricində yaşamış insanlardan formalaşdırıla bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   AKP   NazirlərKabineti   TBMM  





Xəbər lenti