Türkiyədə alternativ “Nazirlər Kabineti” yaradılır

Türkiyədə alternativ “Nazirlər Kabineti” yaradılır
  04 İyul 2018    Oxunub:5388
Türkiyədəki 24 iyun prezident seçkilərində Cumhuriyyət Xalq Partiyasından (CHP) namizəd olmuş və səsvermənin nəticələrinə görə hazırkı prezident Rəcəb Tayyip Ərdoğana məğlub olaraq 30 faiz səslə ikinci yeri qazanan Muharrəm İncə CHP-nin qələbə anonsunu verib.
AzVision.az "Anadolu" agentliyinə istinədən xəbər verir ki, Ərzurumda çıxış edən İncə seçkilərdə uduzduğuna görə bəhanələr gətirməyəcəyini, lakin tezliklə Ərdoğanın da onu da təbrik edəcəyini vurğulayıb: “Əmin olun ki, növbəti prezident seçkilərində Ərdoğan da mənə zəng edəcək, narahat olmayın. İndi deyirəm ona: sən qazandın, mən təbrik etdim. Mən qələbə çalanda da eynisini istəyirəm. Unutmayın, kvant texnologiyası çay evinə heç zaman məğlub olmaz. Kvant texnologiyası qələbə çalmazsa, ölkəmiz inkişaf etməz, yoxsul və işsiz qalarıq. Mən nanotexnologiya dedim, o isə müftə piroq. Qısa müddətdə piroqun qələbə qazanmış kimi görünə bilər, amma uzun müddətdə piroqun zəfər çalması mümkün deyil”.

Bundan sonra Türkiyədə Nazirlər Kabinetinin səlahiyyətlərinin Ərdoğana məxsus olacağı ilə bağlı sualı cavablandıran İncə, “Onsuz da belə deyildimi? Bütün səlahiyyətlər zatən onun əlindədir. Baş nazir filan yoxdur. Bələdiyyə sədri odur, həkim, tibb bacısı, şirniyyatçı, çayçı – hər şey odur.” deyib.

Bununla belə, məğlub olmalarına rəğmən qalib siması ilə işləyəcəklərini, CHP-ni hər kəsin partiyasına çevirəcəklərini, xarici siyasət və iqtisadi məsələlər də daxil bütün sahələrdə yeni sxemlə çalışacaqlarını deyib. Bu mənada Muharrəm İncə xüsusilə vurğulayıb ki, Türkiyədə kölgə Nazirlər Kabineti yaradacaqlar.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Türkiyə   CHP  





Xəbər lenti