Tramp və Putin Əsədin taleyini müzakirə edəcək

Tramp və Putin Əsədin taleyini müzakirə edəcək
  04 İyul 2018    Oxunub:3980
ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşündə Suriya böhranı ilə əlaqədar hər bir məsələ müzakirə olunacaq.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İordaniyalı həmkarı Ayman əs-Səfadi ilə görüşündə deyib.
“Suriyanın cənubundakı vəziyyətə gəldikdə, yəqin ki, Helsinkidə Suriya probleminin bütün aspektləri müzakirə ediləcək”, - deyə Lavrov bildirib. XİN rəhbəri əlavə edib ki, Moskva Vaşinqtonla əlaqələrə kölgə salan bütün məsələlər üzrə açıq danışıqlara ümid edir.

Lavrovun açıqlamasını şərh edən ekspertlər Suriya üzrə başlıca müzakirənin prezident Bəşər Əsədin taleyi ətrafında aparılacağını istisna etmirlər.

Xatırladaq ki, Trampla Putinin ilk təkbətək görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Suriya   Helsinki  





Xəbər lenti