Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  15 Oktyabr 2013    Oxunub:1012
Sabah Bakıda və Abşeron yarımadasında səhər buludlu olacağı arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, sabah mülayim cənub-küləyi əsəcək. Abşeronda gecə 10-14, gündüz 15-20, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 16-da arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti