Şopoqoliklər ilə nə qədər pul xərcləyir

Şopoqoliklər ilə nə qədər pul xərcləyir
  15 Oktyabr 2013    Oxunub:1150
Azvsison.az yerli mətbuata istinadən xəbər verir ki, Ankara Universitetinin alimi Oğuz Erkan Berksunun rəhbərlik etdiyi araşdırma qrupu “oniomania” adlanan alış-veriş xəstəliyi ilə bağlı ortaya yeni həqiqətlər çıxarıb. Məlum olub ki, bu xəstəlik kişilərlə müqayisədə qadınlarda 5 qat artıqdır. Alış-veriş xəstəliyinin təməlində insanı təhlükə və həyəcana salan instinktlərin yer aldığı ortaya çıxıb. Alim qadınlarda yaranan ani alış-veriş arzusunu hamilə vaxtı hansısa yeməyi ifrat istəmə (yerikləmə) ilə müqayisə edib. Amerikada aparılan hesablamalara görə, bir alış-veriş xəstəsinin orta hesabla borcu 23 min dollardır. Bu xəstələr əsasən özləri üçün alış-veriş edirlər. Amma lazımsız şeylər aldıqları üçün səxavətlə dost-tanışa paylayırlar. Az sayda bahalı əşya almaq yerinə çox sayda ucuz mal almağı tərcih edirlər. Amerika əhalisinin 6-da 1 hissəsi bu xəstəliyin daşıyıcısıdır. Xəstəliyin psixoloji dəstəklə yanaşı, dərmanla müalicəsi də vacibdir.


Teqlər:  





Xəbər lenti