"Allah" kəlməsi qadağan edildi

"Allah" kəlməsi qadağan edildi
  15 Oktyabr 2013    Oxunub:1132
Malayziyada "Allah" kəlməsi qadağan edildi/
Malayziya Apelyasiya Məhkəməsi ölkədə qeyri-müsəlmanların "Allah" sözünü işlətməsini qadağan edib.

AzVsison.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə heyətinin fikincə, qeyri-müsəlmanların "Allah" sözündən istifadə etməsi ictimai xaosa yol aça bilər.

Malayziyada yaşayan xristianlar isə bu qərara etiraz edərək bildiriblər ki, dini ibadətlərini uzun illərdir "Allah" kəlməsini işlədərək yerinə yetirirlər və belə qərar əsas hüquq və azadlıqlara ziddir.

Qeyd edək ki, bu məsələ ilk dəfə 2009-cu ildə məhkəməyə çıxarılmışdı. Həmin dövrdə ölkədə ictimai qarşıdurma yaşanmış, kilsə və məscidlərə hücumlar başlamışdı. O zaman aşağı instansiyalı məhkəmə xristianların "Allah" sözündən istifadə edə biləcəklərinə dair qərar vermişdi.

Mübahisəyə rəvac verən amil isə hökumətin ölkədə dərc edilən katolik qəzeti "The Herald"ın malay dilindəki nəşrində xristianların tanrısından "Allah" sözü ilə bəhs edilmənin mümkünsüzlüyü barədə açıqlaması olmuşdu. Bəzi müsəlman qruplar xristianların "Allah" sözündən istifadə edərək müsəlmanları öz dinlərinə cəlb etməyə çalışa biləcəklərindən narahatdırlar.


Teqlər:





Xəbər lenti