Rusiya XİN: Qarabağ bizim üçün aktual məsələdir

Rusiya XİN: Qarabağ bizim üçün aktual məsələdir
  28 İyun 2018    Oxunub:1223
"Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün ən aktual məsələlərdəndir"
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Zaxarova Qarabağ məsələsində Rusiyanın mövqeyinin dəyişmədiyini bildirib: “Biz nəticənin əldə olunması üçün tərəflərlə işləyirik. Bizim üçün bu mövzu beynəlxalq gündəlikdə ən aktualdır. Məsələnin həllinə tərəflər arasında razılaşdırılmış mövqelər və sazişlər əsasında nail olmaq bizim maraqlarımıza cavab verir. Rusiyanın bir dövlət olaraq problemə yanaşması dəyişməyib. Biz həqiqətən də hesab edirik ki, qarşıdurma ritorikası yalnız qarşıdurmanın uzanmasına gətirib çıxarır”.

AzVision.az


Teqlər: Rusiya   Zaxarova   Qarabağ  





Xəbər lenti