ABŞ Rusiya ilə anlaşdı - Müharibə olmayacaq

ABŞ Rusiya ilə anlaşdı - Müharibə olmayacaq
  28 İyun 2018    Oxunub:1642
Suriyada ABŞ-la Rusiya arasında hərbi toqquşma çətin ki baş versin.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan edib.
“Bu cür toqquşmadan qaçmaq üçün biz əvvəlki yolumuzdan çəkilmişik. Çünki bu, hər iki ölkənin marağında olmayan məsələdir”, – deyə Bolton bildirib.

Qeyd edək ki, Con Bolton Moskyava səfər edərək Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Danışıqların əsas mövzusu ikitərəfli əlaqələr, Suriya və Ukraynadakı vəziyyət olub.

Boltonun fikrincə, Putin və Tramp ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması istiqamətində oxşar mövqeyə malikdirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Suriya  



Xəbər lenti