Ərdoğan Baxçalı ilə danışıqlara başlayır

  27 İyun 2018    Oxunub : 983
Ərdoğan Baxçalı ilə danışıqlara başlayır
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün saat 16:00-da Ankarada Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşəcək.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə baş nazir Binəli Yıldırımın da iştirak edəcəyi gözlənilir. Bu, 24 iyun Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra Ərdoğanla MHP sədrinin ilk görüşü olacaq. Lakin görüşdə nələrin müzakirə olunacağı açıqlanmır.

Bununla belə, Baxçalı ilə görüşün prezident üsul-idarəsinə keçid məsələsini müzakirə etmək üçün Ərdoğanın dünən baş nazir və hökumət üzvlərini toplamasından sonra keçirməsi diqqət çəkib.

Qeyd edək ki, Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) ilə MHP “Cumhur İttifaqı” quraraq seçkilərə vahid siyasi blokdan qatılmışdılar. MHP sədri Dövlət Baxçalının müavini Səfər Aycan bəyan edib ki, parlament seçkilərində 49 yer qazanan MHP Türkiyə Böyük Millət Məclisində “açar rol” oynayacaq: “Bundan sonra parlamentdəki siyasəti MHP aparacaq. Biz nə deyəcəyiksə, o olacaq.”

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Türkiyə   AKP   MHP