Trampa yeni rəqib - Milyarder prezident olmaq istəyir

Trampa yeni rəqib - Milyarder prezident olmaq istəyir
  27 İyun 2018    Oxunub:1676
Nyu-Yorkun keçmiş meri, nüfuzlu “Bloomberg” informasiya agentliyinin təsisçisi və rəhbəri Maykl Blumberq ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürə bilər.

AzVision.az xəbər verir ki, bu barədə CBS News mənbələrinə istinadən mləumat yayıb.
Ehtimal olunur ki, Blumberq seçkilərə Demokratlar partiyasının namizədi kimi qatılacaq. CBS News onu da bəyan edib ki, Maykl Blumberq müstəqil namizəd kimi 2016-cı il prezident seçkilərinə qatılmağı planlaşdırmışdı. Lakin sonra müəyyən səbəblərdən fikrini dəyişdi.

Qeyd edək ki, Maykl Blumberq 2002-2013-cü illər ərzində Nyu-York şəhərinin meri olub. O, “Bloomberg” informasiya agentliyinin rəhbəri və filantropdur. "Forbes" jurnalının hesabatına əsasən, 2018-ci ilin yanvarında 50,8 milyard dollarlıq sərvətlə Maykl Blumberq dünyanın ən zəngin 11-ci adamıdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   prezidentseçkisi   “Bloomberg”  





Xəbər lenti