Qaçqınların sayı ilə bağlı bədbin proqnozlar

Qaçqınların sayı ilə bağlı bədbin proqnozlar
  27 İyun 2018    Oxunub:1317
2019-cu ildə üçüncü ölkələrə köçmək istəyən qaçqınların sayı 1,4 milyon nəfərə çatacaq.
Bu məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb. Təşkilatın statistik rəqəmlərinə görə, söhbət 36 ölkədən olan qaçqınlardan gedir. Üçüncü ildir ki, onların əksəriyyətini ümumi sayı 600 min nəfər olan Suriya qaçqınları təşkil edir. Bu kateqoriyadan olan insanların sayında artım indiki göstəricilərlə müqayisədə 26 faiz olacaq.

Həmçinin, köçkünlərin böyük hissəsi Afrika, ilk növbədə, Konqo Demokratik Respublikası sakinlərindən (163 min nəfər) ibarət olacaq. Avropa ölkələrində sığınacaq yerləri dəyişdiriləcək miqrantlar isə 40 faiz artacaq və 2019-cu ildə onların sayı 420 min nəfərə çatacaq.

Bundan əvvəl "Welt am Sonntag" həftəlik nəşri Almaniya Federativ Respublikası Daxili İşlər Nazirliyinə istinadla xəbər verib ki, Avropa İttifaqı ərazisində olan miqrantların əksəriyyəti Almaniyaya getmək istəyir. (AzərTAc)

AzVision.az


Teqlər: Qaçqın   Statistika   BMT  





Xəbər lenti