Britaniya kraliçası BREXİT-i təsdiqlədi

Britaniya kraliçası BREXİT-i təsdiqlədi
  26 İyun 2018    Oxunub:1565
Böyük Britaniya kraliçası II Elizabet ölkənin Avropa İttifaqından çıxmasına dair qanun layihəsini təsdiqləyib.

AzVision.az “Russia Today”ə istinadən xəbər verir ki, bununla sənəd qanun statusu əldə edib.
“İcmalar palatasını məlumatlandırmalıyam ki, kraliça təsdiqnaməsi haqqında 1967-ci il qanununa uyğun olaraq, Əlahəzrət Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair qanun layihəsinə öz razılığını verib”, – deyə Birləşmiş Krallıq parlamentinin aşağı palatasının spikeri Con Berkou bəyan edib.

Kraliçanın təsdiqlədiyi qanun Britaniyanın 2019-cu ilin 29 martında Avropa İttifaqından çıxmasından sonra tətbiq ediləcək.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Aİ-dan çıxmasından sonra ikinci keçid dövrünə dair layihəni üzv dövlətlərlə razılaşdırmağa hazırlaşır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Britaniya   Avropaİttifaqı   Brexit  





Xəbər lenti