Kılıçdaroğlu özünü məğlub hesab etmir

Kılıçdaroğlu özünü məğlub hesab etmir
  26 İyun 2018    Oxunub:1241
24 iyunda Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərindən sonra əsas müxalif Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilk dəfə mətbuat konfransı keçirərək açıqlama verib.
AzVision.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən CHP qələbə qazanmasa da, Kılıçdaroğlu özünü və partiyasını məğlub hesab etməyib.

Onun fikrincə, məğlub tərəf Rəcəb Tayyip Ərdoğandır. “Seçkilərin tək məğlubu AKP, qalibi isə demokratiyadır. Biz bu seçkilərdə çox mühüm uğur əldə etdik. Əvvəllər iqtidarın istədiyi yalnız ikipartiyalı bir parlament idi. Amma bu dəfəki seçkilərdə biz bütün səsləri, müxtəlif mövqeli tərəfləri parlamentə götürə bilkdik. Bu, bizim demokrtiyaya bağlı olduğumuzu bir daha göstərdi”,- deyə Kılıçdaroğlu vurğulayıb.

Jurnalistlərin CHP-dən prezidentliyə namizəd Muharrəm İncənin parlament seçkilərilə müqayisədə, təkbaşına partiyadan daha çox səs qazamasının nə ilə əlaqədar olduğuna dair sualına isə Kılıçdaroğlunun cavabı belə olub: “Muharrəm İncənin CHP-dən daha çox səs qazanması təbiidir. Çünki bu adam prezident olmaq üçün namizəd seçilib. Əksinə, çox səs toplamaması böyük problem yaradardı. Biz ona dəstək verdik və bütün davranışları və çıxışlarını da təqdir etdik”

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   seçki   CHP   AKP  





Xəbər lenti