Kılıçdaroğlu Ərdoğanı təbrik etməyəcək

Kılıçdaroğlu Ərdoğanı təbrik etməyəcək
  26 İyun 2018    Oxunub:1583
24 iyunda Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərindən sonra Türkiyənin müxalif Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilk dəfə mətbuat konfransı keçirərək açıqlama verib.
AzVision.az xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) CHP-yə görə 7 xal itirdiyini deyən Kılıçdaroğlu, bunun asanlıqla əldə ediləcək uğur olmadığını bildirib və bir növ CHP-ni uduzmuş hesab etmədiyinə eyham vurub.

Jurnalistlərin “Muharrəm İncə səsvermə prosesində hiylə işlədildiyini deyib, buna münasibətiniz necədir” sualına isə Kılıçdaroğlu “Seçki qutusunda yox, demokratiyada hiylə var” cavabını verib.

CHP sədri prezident seçkilərində qələbə qazanan Rəcəb Tayyip Ərdoğanı təbrik etməyəcəyini deyərək onu sərt tənqid edib: “Demokratiyaya inanmayan, məhkəmə, qanunverici və icra orqanlarını özünə tabe edən, “tək adam” rejimini müdafiə edən insan təbrik edilməz. Bir diktatorun nəyini təbrik edəcəyəm?!”

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   seçki   CHP   AKP  





Xəbər lenti