Kılıçdaroğlu seçkiyə görə toplantı keçirdi

Kılıçdaroğlu seçkiyə görə toplantı keçirdi
  26 İyun 2018    Oxunub:1816
Türkiyədə əsas müxalif partiya – Cumhuriyyət Xalq Partiyasının (CHP) mərkəzi idarə heyəti 24 iyunda keçirilən növbədənkənar prezident və parlament seçkilərinin nəticələrini qiymətləndirmək və müzakirə etmək üçün partiya sədri Kamal Kılıçdaroğlunun rəhbərliyi ilə toplantı keçirir.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iclasın gedişi zamanı Kılıçdaroğlunun saat 14:00-da mətbuat konfransı keçirəcəyi bildirilir.

Qeyd edək ki, bazar günü Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Prezident seçkilərinin nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyip Ərdoğan 52,6 faiz səslə qələbə qazanıb. Onun rəqibi, CHP-dən olan namizəd Muharrəm İncə isə 30 faiz səslə ikinci yerdə qərarlaşıb.

Dünən keçirdiyi mətbuat konfransında İncə seçki prosesinin ədalətsiz olduğunu desə də, dolayısı ilə seçkinin nəticələrini tanıdığını açıqlayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   seçki   CHP  





Xəbər lenti