Ərdoğan and içəcək

Ərdoğan and içəcək
  26 İyun 2018    Oxunub:1221
Türkiyənin hazırki rəhbəri, ötən gün keçirilən prezident seçkilərində qələbə qazanan AKP lideri Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin vaxtı açıqlanıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan iyulun 8-də and içəcək və bundan sonra növbəti müddətə prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Xatırladaq ki, ötən gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Prezident seçkilərinin nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyip Ərdoğan 52,6 faiz səslə qələbə qazanıb.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti