Putin Ərdoğanı şəxsən təbrik etdi
Telefon söhbəti zamanı hər iki lider Türkiyə-Rusiya arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı qərarlı olduqlarını, həmçinin başda Suriya olmaqla, regional məsələlərdə əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, ötən gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Prezident seçkilərinin nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyip Ərdoğan 52,6 faiz səslə qələbə qazanıb. Müxalif Cumhuriyyət Xalq Partiyasının namizədi Muharrəm İncə isə 30 faiz səslə ikinci yerdə qərarlaşıb.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə Rusiya Suriya seçki