Türkiyə parlamentində erməni deputatların sayı azaldı

Türkiyə parlamentində erməni deputatların sayı azaldı
  25 İyun 2018    Oxunub:2867
Ötən gün keçirilən parlament seçkilərinin nəticəsinə əsasən, Türkiyə Böyük Millət Məclisində cəmi 2 erməni deputat təmsil olunacaq.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 27-ci çağırış parlamentin yeni tərkibinə kürdlərin Xalqların Demokratik Partiyasından Qaro Paylyan və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Marqar Yesayan deputat seçilib. Bununla da, Türkiyə Böyük Millət Məclisindəki erməni deputatların sayı bir nəfər azalıb.

Qeyd edək ki, parlamentin bundan əvvəlki tərkibində Paylyan və Yesayan da daxil olmaqla, 3 erməni deputat var idi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   seçki   Ermənistan  





Xəbər lenti