Türkiyədə 17 ilkdən sonra bir ilk - 5 partiya TBMM-də
Seçkinin nəticələrinə görə, TBMM-də AKP-nin 292, CHP-nin 147, HDP-nin 66, MHP-nin 49, İYİ Partiyanın 46 millət vəkili olacaq. Cumhur ittifaqı 340, Millət İttifaqı isə 193 millət vəkili ilə TBMM-də mandat qazanıb. Millət İttifaqına daxil olan Səadət partiyası, ittifaqın seçki barajını aşmasına baxmayaraq, TBMM-də təmsilçilik hüququ qazana bilməyib.
Qeyd edək ki, 16 aprel konstitusiya dəyişikliyi referendumundan sonra TBBM-də millət vəkillərinin sayı 550-dən 600 yüksəlib.
Kənan Məmmədov