3 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı sağ qaldı

3 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı sağ qaldı
  14 Oktyabr 2013    Oxunub:1127
Sabirabadda 3 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.
Sabirabad rayon mərkəzində 3 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.
AzVsison.az APA- ya istinadən xəbər verir ki, bu barədə Sabirabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Hadisə oktyabrın 13-də H. Əliyev prospekti 2q, mənzil 50 ünvanında baş verib.

Həmin ünvanda kirayə yaşayan ailənin 3 yaşlı uşağı 5-ci mərtəbə yerləşən mənzilin eyvanından düşüb. 2011-ci il təvəllüdlü Məmiyev Ağan Əfraz oğlu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Uşağa sol bud sümüyünün qapalı sınığı diaqnozu qoyulub. Həkimlərin bildirdiyinə görə, uşağın həyatı üçün təhlükə yoxdur.

Ayağı gipsə qoyulduqdan sonra uşağı valideynlərin istəyi ilə evə buraxıblar.


Teqlər:





Xəbər lenti