“İranın qarşısı alınmalıdır” - Merkel ABŞ-ı dəstəklədi

“İranın qarşısı alınmalıdır”  - Merkel ABŞ-ı dəstəklədi
  21 İyun 2018    Oxunub:1603
"İranın Yaxın Şərqdəki təcavüzkar meyllərinin qarşını almaq üçün tədbirlər görülməlidir"
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel İordaniya kralı Abdulla ilə bu gün keçirdiyi görüşdə deyib.

Merkel İranın region üçün potensial təhlükə olmasilə bağlı ABŞ, İsrail və bəzi digər dövlətlərin mövqeyini dəstəkləyərək, Tehranın aqressiv siyasətinə qarşı tədbirlərin vacibliyini vurğulayıb.

Kral Abdulla isə öz növbəsində bildirb ki, yalnız paytaxtı Qüds olan Fələstin dövləti yaradıldıqdan sonra regionda sülhə nail oluna bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   ABŞ   İran   İordaniya   Fələstin  





Xəbər lenti