Azərbaycanlılar rusları əzişdirdi - VİDEO

Azərbaycanlılar rusları əzişdirdi - VİDEO
  13 Oktyabr 2013    Oxunub:1248
Nijni Taqildə azərbaycanlı şagirdlərlə ruslar arasında əvvəlcədən razılaşdırılmış kütləvi dava baş verib.
AzVsison.az APA- ya istinadən xəbər verir ki, Rusiyanın Nijni Taqil şəhər, 6 saylı orta mətkəbində azərbaycanlı şagirdlərlə ruslar arasında kütləvi dava baş verib. Davaya rusların sosial şəbəkələrdə soydaşlarımızın ünvanına təhqiramiz sözlər işlətməsi səbəb olub. Təhqirə dözməyən azərbaycanlı şagirdlər qarşı tərəfi davaya çağırıb. Davanın qaydaları əvvəlcədən razılaşdırılıb, razılaşmaya əsasən, davada yaş amili nəzərə alınmadan hər tərəfdən 10 nəfər iştirak edib və insident tam şəkildə videoya çəkilib. Qısa müddət ərzində azərbaycanlı şagirdlər rusları yumruq döyüşündə əzişdiriblər. Hadisə Nijni Taqildə böyük rezonans doğurub. Davanın iştirakçılarından biri yerli mətbuata açıqlamada hadisənin təfərrüatlarını danışıb.

“Əvvəlcədən razılaşmışdıq ki, görüntülər sosial şəbəkələrdə yerləşdirilməöyəcək, lakin ruslar bu razılaşmanı pozdular. Həm də qarşı tərəf bizdən yaşca böyük idi, hamısı da idmanla məşğul olan uşaqlardır. Biz bunu bilirdik, amma qorxmadıq. Hər şeyin belə başa çatması və görüntülərin internetə düşməsi heş xoşagələn deyil”. Yerli mətbuat kütləvi davada iştirak edən azərbaycanlılar arasında peşəkar idmançıların olduğunu da yazır. Hüquq-mühafizə orqanları görüntülərin sosial şəbəkələrdə yayılmasına rəğmən prosesə müdaxilə etməyiblər. Onlar bunu zərərçəkənlərin polisə müraciət etməməsi ilə əsaslandırıblar.




Teqlər:





Xəbər lenti