Yol-nəqliyyat hadisələri – piyada ölümü

Yol-nəqliyyat hadisələri – piyada ölümü
  12 Oktyabr 2013    Oxunub:1380
Gədəbəydə, Bakıda xəsarətlə və ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, Gədəbəy rayon sakinləri Etibar Cəfərovun və Xəyyam Hüseynovun idarə etdikləri “KamAZ” və “VAZ-2107” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə xəsarət alan X.Hüseynov və avtomobildəki sərnişinləri - İbrahim Abbasov, Elsevər Alıyev və Fərhad İbrahimov xəstəxanaya yerləşdiriliblər.

Paytaxtın Xətai rayonunun N.Rəfiyev küçəsində Bakı sakini Məhərrəm Rzaquliyev idarə etdiyi “Ford-Mondeo” markalı avtomobillə yolu keçən Svetlana Jarovanı vurub. Hadisə nəticəsində piyada keçinib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti