Saatlıda zəhərlənənlərin vəziyyəti necədir? - Açıqlama

Saatlıda zəhərlənənlərin vəziyyəti necədir? - Açıqlama
  11 İyun 2018    Oxunub:1559
Saatlıda pambıq sahəsində kimyəvi maddədən zəhərlənən şəxslərdən 4-ü 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova AzVision.az-a bildirib ki, onların vəziyyəti orta ağırdır, müalicələri davam edir.
“Saatlı Rayon Mərkəzi Xəstəxanasında olan 20 nəfərdən 2-i artıq evə buraxılıb, vəziyyətləri yaxşıdır. Digərlərinin vəziyyəti normaldır, müalicələri davam edir və daim nəzarətdə saxlanılır. Zəhərlənən insanlardan 7-i kişi, qalanları isə qadındır”.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər kimyəvi maddədən zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Saatlıq   Zəhərlənmə  





Xəbər lenti