Kişilər də məişət zorakılığına məruz qalır - Aylıq statistika

Kişilər də məişət zorakılığına məruz qalır - Aylıq statistika
  02 İyun 2018    Oxunub:2523
Məişət zorakılığı ilə bağlı Məlumat Bankına müxtəlif qruplardan ay ərzində təxminən 15-20 məlumat daxil olur.

Bunu AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Komitə rəsmisinin sözlərinə görə, elə gün olur ki, məişət zorakılığı ilə bağlı 5-10 məlumat daxil olur, bəzən tam əksinə - heç bir məlumat daxil olmur. O, qeyd edib ki, məişət zorakılığına məruz qalanlar arasında kişilər də var.

"Məişət zorakılığı Məlumat Bankına yığılan məlumatları daim təhlil edirik. Bu məlumatlar əsasında monitorinq qrupları qabaqlayıcı və profilaktik işlər həyata keçirirlər. Daxil olan məlumatlar əsasında ya qısa müddətli, ya da uzun müddətli mühafizə orderi tətbiq olunur. Məişət zorakılığı ilə bağlı Məlumat Bankına daha çox qadınlarla bağlı müraciət olur. İkinci yerdə uşaqlar, üçüncü yerdə kişilərdir".

A.Veysalova, həmçinin vurğulayıb ki, məişət zorakılığı ilə bağlı verilən orderlərini sayı ildən-ilə artır. "2013-2014-cü illərdə cəmi 4 mühafizə orderi tətbiq olunmuşdsa, bu gün onların sayı 20-ə çatır. İnsanlar artıq bilirlər ki, zorakılığa davam edilsə, onları hansı cəzalar gözləyir. Nəticədə bəzi ailələrdə zorakılığın dərinləşməsi baş vermir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Komitə   Zorakılıq  





Xəbər lenti