25 kilometrlik yol 2 saat 45 dəqiqəyə

25 kilometrlik yol 2 saat 45 dəqiqəyə
  11 Oktyabr 2013    Oxunub:1330
Azvision.az Milliyətə istinadən xəbər verir ki, İstanbulda sentyabr ayı girəndən yollarda tıxac üzündən bu mümkündür.
İstanbul dünyanın ən böyük meqapolislərindən biridir. Sıxlıq çox olan şəhərdə, sentyabr ayı girəndən və insanların istrahətdən qayıddığı dövrdın bəri ən yaxın məsafələr belə maşınlar üçün uzunmüddətli olur. Təsəvvür edin insanlar saat altıda işdən çıxmaqlarına baxmayaraq saat səkkizə güclə mənzil başına çatırlar. Eyni əziyyəti işə getdikləri üçün də çəkməsinlər deyə səhər də daha tez işə getməyə çalışır, lakin onlar kimi minlərlə insanın bunu düşündüyünü gördükdə təzədən məyus olurlar və tıxacla barışmalı olurlar. Kənardan baxdıqda adama elə gəlir ki, insanlar buna öyrəşib. Saatlarla çəkən və minlərlə maşının dayandığı yolda bir-biri ilə söhbət edənləri, musiqiyə qulaq asanları, telefonu əlindən yerə qoymayan, hətta tum çıttıyan sürücüləri görürsən. Tum demişkən tıxac sürücülər üçün nə qədər istirablı olsada, küçə alverçilərinin qazanclı bazarına çevrilir. Smit satan bir gənclə elə tıxac vaxtı maşından çıxmayaraq söhbət edən müxbir, məlumat aldı ki, sentyabr ayı girəndən bəri onun işləri və satışı xeyli artıb. Bir tərəfdə isə banan satan küçə alverçisidə satışlardan xeyli razı olduğunu bildirdi. Əsasən axşam saatları elə tıxac boyu satış edən alverçilər üçün iztirablı tıxacın uzunluğu çörək pulu deməkdir. Uzanan maşın quyruğu nə qədər uzun olsa, onlar üçün xoşdu.

İstanbul Bələdiyyəsindən problemlə mübarizə aparıldığını, amma yol düzənləmə işinin onlara yox Polis İdarəsinə aid iş olduğu bildirilir. Bələdiyyə yalnız yol işıqlarınınqurulması, keçidlərin tikilməsi və yola baxım işi ilə məşğul olur.

Rəsmi statistikaya görə bu tıxaclarda itirilən zaman və yanacaq baxımından dövlət ilə təqribən 3 milyard dollar pul itirir.

Bu arada tıxac macərasın yaşayan müxbirlər isə 25 kilometr yolu qət etmək üçün 2 saat 45 dəqiqə vaxt itirdi.


Teqlər:





Xəbər lenti