20 dərəcə isti olacağı gözlənilir

20 dərəcə isti olacağı gözlənilir
  10 Oktyabr 2013    Oxunub:947
Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz kəçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-11, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 3dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti