Bu gün mülayim hava olacaq

Bu gün mülayim hava olacaq
  09 Oktyabr 2013    Oxunub:1066
Yaxın iki gün ərzində Azərbaycanın bəzi yerlərində havanın temperaturu 23 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Oktvabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq.
Lakin ayın 11-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Azərbaycanın Aran rayonlarında havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti