`Kasıb` Afrikanın milyonçu oğlanları

`Kasıb` Afrikanın milyonçu oğlanları
  09 Oktyabr 2013    Oxunub:1360
AzVsison.az xəbər verir ki, Nigeriyanın “Ventures” jurnalı kasıb ölkələrdə yaşayan milyonçuların siyahısını hazırlayıb.
Hesablamalara görə, dünyanın ən kasıb ölkələrində yaşayan milyonçuların ümumi sərvətləri 55 milyard dollardır. Nigeriyanın ən zəngin adamı 20,2 milyard dollar sərvəti olan Aliko Dangotedir. 56 yaşlı biznesmenin 14 ölkədə sement fabriki var. O, hər il xeyriyyə cəmiyyətlərinə 100 milyon dollar bağışlayır.

Cənubi Afrikalı iş adamı Allan Grayın ilə 8,5 milyard dolları var. O, su və parça sataraq başladığı ticarət həyatına neft ixracatçısı kimi davam edib. Afrikanın ən zəngin qadını isə Folorunsho Alakijadır. O həm neft, həm də tekstil işi ilə məşğuldur. Hazırda 7,3 milyard dollarlıq sərvəti var.

Anqolanın baş naziri Jose Eduardonun qızı İzabel Dos Santos və Keniyanın baş naziri Uhuru Kenyattanın anası Ngina Kenyatta da Afrikanı ən zəngin qadınlarındandır.

Dünya Bankının statistikasına görə, Afrikada 44 milyon insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Afrikanın milyarderlərinin isə iyirmisi Nigeriya, doqquzu Cənubu Afrika, səkkizi ilə Misir vətəndaşıdır.


Teqlər:





Xəbər lenti