F1-də ilk sərbəst yürüşə yekun vurulub

F1-də ilk sərbəst yürüşə yekun vurulub
  27 Aprel 2018    Oxunub:1329
"Formula 1" Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşünə yekun vurulub.
AzVision.az xəbər verir ki, 1 saat 30 dəqiqə davam edən yarışda 1:44.242 saniyə nəticə ilə "Mercedes" komandasının pilotu Valterri Bottas hamıdan üstün olub.

"Red Bull"un heyətində Daniel Rikkardo qalibdən 0,035 saniyə, "Fors İndia" komandasının üzvü Serxio Peres isə 0,833 saniyə geri qalıb.

Sərbəst yürüşlərə 10 komandanın heyətində 20 pilot qatılıb. Yarışlarda “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler çıxış edib.

Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq. Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti