Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  07 Oktyabr 2013    Oxunub:1064
Havanın temperaturunun gecə 10-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 8-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 10-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti