Qobustanda qəza- 2 ölü

Qobustanda qəza- 2 ölü
  07 Oktyabr 2013    Oxunub:1219
Qobustanda minik avtomobili ilə yük maşını toqquşub, iki nəfər ölüb
Bu gün Bakı-Şamaxı yolunun 62-ci kilometrliyində - Qobustan rayonu ərazisində "VAZ" markalı minik avtomobili ilə "FORD" markalı yük avtomobil toqquşub.

AzVsison.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü Səmədov Ramiz Ələddin oğlu və sərnişini Səmədova Minarə Ömər qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar.

Cəsədlər təhlükəsizlik qaydalarına riayət olunmaqla, yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti