Havalar soyuyur

Havalar soyuyur
  06 Oktyabr 2013    Oxunub:1324
Həftənin ilk iş günü Azərbaycanda soyuq hava şəraiti davam edəcək.
Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

AzVsison.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 7-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti saniyədə 9-14 metr olacaq, küləyin sürəti arabir 16-20 m/s-dək güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-12, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Azərbavcanın rayonlarında oktyabrın 7-də arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, küləyin sürəti arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 13-18 isti, dağlarda gecə və gündüz 3-8 isti olacağı, yüksək dağlıq ərazilərdə isə 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 8-i gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti