iki avtomobil toqquşdu, xəsarət alan var

iki avtomobil toqquşdu, xəsarət alan var
  06 Oktyabr 2013    Oxunub:1072
Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var.
Sabirabad rayonunda iki minik avtomobili toqquşub, xəsarət alan var.

AzVsison.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Nizami kəndində vətəndaşa məxsus "BYD" markalı minik avtomobili digər vətəndaşa məxsus "Toyota" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə "BYD" markalı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə vətəndaşlar tərəfindən yanğın bölmələri çatana kimi Şirvan şəhər Mərkəzi xəstəxanasına aparılıb.

Sürücü muxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;


Teqlər:





Xəbər lenti