Iki kəndə içməli su verildi

Iki kəndə içməli su verildi
  06 Oktyabr 2013    Oxunub:1380
Şəkinin iki kəndinə içməli su verildi.
AzVsison.az Trend-ə istinadən xəbər verir ki, Şəkinin Bolludərə və Qara torpaq kəndlərinə 90 ildən sonra içməli su xətti çəkilib.

Açılış mərasimdə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkilli Cavanşir Feyziyev, Azərsu Səhmdar Cəmiyyətinin sədr müavini Köçəri Hüseynov və kənd sakinləri iştrak ediblər.

Çıxış edənlər bildiriblər ki, uzun müddət bu kəndlərdə icməli su problemi olub. Bu problemi həll etmək üçün iki mərhələli layihə hazrılanıb və layihənin ilk mərhələsi olan 11 km uzunluğunda yeni su xətti artıq çəkilib.

Ümumilikdə 1270 sakin su ilə təmin edilib. Sakinlər əvvələr icməli suyu böyük çətinlik qonşu kəndlərdən gətirdiklərini, artıq bu əziyyətdən xilas olduqlarını qeyd ediblər. Dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki , layihənin ikinci mərhələsi də davam etdirilir. Bu mərhələdə kəndlərdə su sistemi yaradılamsı nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti