Yeni metro stansiya tikilir

Yeni metro stansiya tikilir
  06 Oktyabr 2013    Oxunub:1388
Nobel prospektində yeni metro stansiyasının tikintisinə başlanılıb.
“Bakı Ağ şəhər” layihəsinin “Sahil rayonu”nda yol infrastrukturunun inkişaf etdirilməsi üçün Azərbaycanın “AzVirt” şirkəti yeni Bulvar xətti boyunca Bakı Dəniz Vağzalından X.Rüstəmov küçəsinin kəsişməsinədək sahədə Neftçilər prospektinin davamının tikintisini aparır.
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, Bakı Ağ şəhər” layihəsinin mətbuat xidmətindən bildiriblər ki, bununla yanaşı, piyadaların təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədi ilə burada üç əlavə yeraltı keçidin inşası planlaşdırılıb.

Nobel prospektində isə müxtəlif istiqamətlərdə, o cümlədən yeni Fəvvarələr meydanına və Ticarət-əyləncə mərkəzinə yeraltı piyada keçidi kimi fəaliyyət göstərəcək 5 çıxışı olan yeni metro stansiyasının tikintisinə başlanılıb.

Bu sıx hərəkətli Nobel prospektini təhlükəsiz keçməyi təmin edəcək. Metronun “Xətai” stansiyasından sonra inşa ediləcək metro stansiya bu rayonda yaşayan və işləyənlər üçün əlavə rahatlıq yaradacaq.


Teqlər:





Xəbər lenti