Fəhlələri daşıyan avtobus dərəyə yuvarlandı

Fəhlələri daşıyan avtobus dərəyə yuvarlandı
  04 Oktyabr 2013    Oxunub:1452
Ağır yol qəzası baş verib. Fəhlələri daşıyan avtobus dərəyə yuvarlanıb.
AzVsison.az APA- ya istinadən xəbər verir ki, “Qarasu” Əməliyyat Şirkətində çalışan fəhlələri daşıyan 18 AC 719 dövlət nömrə nişanlı, KAVZ markalı avtobus Şirvan ərazisində, Mişovdağda qəzaya uğrayaraq, dərəyə yuvarlanıb.

Avtobus qəzaya uğrayanda içərisində 20-dək fəhlə olub. Hadisə nəticəsində xəsarət alan 12 fəhlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanıb.


Teqlər:





Xəbər lenti