Cüdo üzrə ölkə birinciliyinə yekun vurulub

Cüdo üzrə ölkə birinciliyinə yekun vurulub
  17 Mart 2018    Oxunub:3565
“Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Yarışın ikinci günündə 55 kq, 60 kq, 66 kq, 73 kq və +73 kq çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

Süleyman Əliyev (55 kq), Kərəm Babazadə (60 kq), İsmayıl Zamanov (66 kq), İlham Ağayev (73 kq) və Rafiq Həsənov (+73 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan birinciliyinin qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.

Üç gün davam edən ölkə birinciliyində ümumi medal sayında “Neftçi İdman Klubu” İB klubu birinci, 13 IOEUGİM ikinci, 8 İOEUGİM isə üçüncü olub.

Qeyd edək ki, U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyində 74 klubdan 651 cüdoçu (567 oğlan, 84 qız) mübarizə aparırdı.

AzVision.az


Teqlər: Cüdo   Çempionat  





Xəbər lenti