Hər iki ayağın kəsdi - FOTO

Hər iki ayağın kəsdi - FOTO
  03 Oktyabr 2013    Oxunub:1362
Azvsison.az xəbər verir ki, Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə vətəndaşın köməyə ehtiyac olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Suraxanı rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, general Mehmandarov küçəsi, 23 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasının damında şiferin vurulması üçün taxtaları düzəldən 1993-cü il təvəllüdlü Mahmudbəyli Ənvər Əlikram oğlunun əlindən elektrik kəsici alət çıxıb. Nəticədə Ə.Mahmudbəyli iki ayağının dizdən aşağı hissəsindən (əzələ və sümük) ciddi xəsarət alıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları zərərçəkmişə damın üstündə ilkin və təxirəsalınmaz tibbi yardım göstərib və yaranın üstü örtülüb. Bundan sonra xilasedicilər qaldırıcı kran vasitəsilə təhlükəsizlik qaydalarına əməl etməklə, zərərçəkmişi binanın damından aşağı endirib və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib.

Qalereya




Teqlər:  





Xəbər lenti