Ucuz qurbanlıq heyvanların satışı olacaq

Ucuz qurbanlıq heyvanların satışı olacaq
  30 Sentyabr 2013    Oxunub:1347
Dövlət orqanları ucuz qurbanlıq heyvanların satışını təşkil edəcək. İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ucuz qurbanlıq heyvanların satışını təşkil edəcək.
AzVision.az İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən xəbər verir ki, bu Qurban bayramı ilə bağlı qurbanlıq heyvanlara olan tələbatın daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması üçündür.

Buna görə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

Satış məntəqələrinin ünvanları barədə əlavə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti