İdmançımız ermənini 5:0 məğlub etdi - Bir gündə iki qızıl medal (VİDEO)

İdmançımız ermənini 5:0 məğlub etdi - Bir gündə iki qızıl medal (VİDEO)
  03 Fevral 2018    Oxunub:25629
Yeniyetmələrdən ibarət karate üzrə seçmə komandamız Rusiyanın Soçi şəhərində qitə çempionatının ilk günündə 2 qızıl medal qazanıb.

AzVision.az-ın məlumatına görə, Tale Yaqubov (-63 kq) və Polina Hurenko (-47 kq) Avropa çempionu olub. Yeni ukraynalı legioner P.Hurenko final döyüşü də (8:0) daxil olmaqla, beş görüşdən üçünü vaxtından əvvəl azı 3 xal fərqli üstünlüklə, həmçinin cəmisi 2 xal buraxmaqla başa vurub.
Mükafatlandırma mərasimində idmançılarımıza qızıl medalları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov təqdim edib.



Kata yarışlarında təsəllverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (+70 kq) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.



3 fevralda 16-18 yaşlı gənclər, o cümlədən Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıxova (-48 kq), Renata Ərəbli (-53 kq), Səma İmanzadə (-59 kq), Bəsti İsmayılova (+59 kq) tatamiyə çıxacaq. Bakı vaxtı saat 17-00-da qitə çempionaının təntənəli açılış mərasimi olacaq.



Qeyd edək ki, Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edir.

AzVision.az


Teqlər: Karate   Avropa   Çempion  





Xəbər lenti